1978
ildə Ə.Əzimzadə adına
Azərbaycan Dövlət Rəssamliq
məktəbini bitirdikdən sonra,
Moskvada Ümumittifaq Dövlət
Kinematoqrafiya institutunun rəssamlıq
fakültəsinin bədii kino bölməsinə
daxil olub. SSRİ-nin Xalq Rəssamı,
professor Mixail Boqdanovun emalatxanasında
təhsil alaraq SSRİ-nin Xalq Artistləri
Yevgeniy Matveyev və Sergey Gerasimovun
rejissor və aktyor sənəti dərslərində
iştirak edir.
1984-cü
ildə fərqlənmə diplomu
ilə institutu bitirib “Azərbaycanfilm”
kinostudiyasina qəbul olunur. Quruluşçu
rəssam kimi doqquz filmin bədii
tərtibatını verib.
nkshamil@yahoo.com
1990-cı
ildən peşəkar kinorejissor kimi
fəaliyyətdədir. Çəkdiyi
filmlər bir çox beynəlxalq kinofestivallarda
nümaiş etdirilib (Almaniya, ABŞ,
Finlandiya, Türkiyə, Rusiya, Latviya
və s.), bir neçə mükafatlarla
təltif edilib, o cümlədən:
“İntegrasiya” beynəlxalq kinofestivalının
Xüsusi mükafatı (2004-ci il, Polşa,
“Qısa monoloqlar” filminə görə);
“Pak xəyallar” adlı müstəqil
kino beynəlxalq festivalının “Ən
yaxşı vizual-plastik həllinə
görə” mükafat (2002-ci il, Sankt-Peterburq,
Rusiya, “Leyli və Məcnun” filminə
görə).
“KROK” beynəlxalq animasiya festivalının
“Ən yaxşi debüt” prizi (1991-ci
il, Ukrayna-Rumıniya, “İthaf” filminə
görə);
“Firuzə Baharı” gənc kino festivalının
“Ən yaxşı sənədli filminə
görə” mükafat (1993-cü il,
Türkmənistan, “Ağ-qara dünya”
filminə görə);
“Şərqdən baxış” beynəlxalq
kinofestivalının “Ən yaxşı
animasiya filminə görə” mükafat
(1992-ci il, Azərbaycan, “İthaf” filminə
görə);
Azərbaycan Kinematoqrafçılar İttifaqı
tərəfindən təsis edilmiş
Milli Kino müsabiqəsinin “Kinoda ən
yaxşı bədii tərtibat” mükafatı
(1995-ci il, Azərbaycan, “Yarasa” filminə
görə).
1999 ildə Horvatiyanın “Imaginary Film”
Kino Akademiyasının sertifikatı
ilə təltif olunub. Cox saylı Beynəlxalq,
Ümumittifaq və Respublika təsviri
sənət sərgilərində yaraddığı
tablolar nümaiş etdirilib.
1995-98
illərdə Azərbaycan Dövlət
Teleradio Şirkətinin “Sabah” birliyində
prodüser vəzifəsində çalışıb.
1999-cu
ildə “ABBA” Müstəqil Televiziya
kanalının yaranmasında Bədii
Rəhbər vəzifəsində yaxından
iştirak edib.
2000-ci
ildə “ANS” Müstəqil Yayim və
Mediya Şirkətində Baş Prodüser
vəzifəsində çalışıb.
“Simurq”
Müstəqil kinostudiyasının
Baş Direktorudur. Dövlət Mədəniyyət
və İncəsənət Üniversitetinin
“Kino və TV” kafedrasının baş
müəllimidir.
Beynəlxalq
“Qafqaz sənədli kino Şəbəkəsinin”
Azərbaycan üzrə təmsilçisidir.
Azərbaycan Kinematoqrafçılar İttifaqının
Xarici əlaqələr üzrə
Katibidir. Azərbaycan Rəssamlar İttifaqının
üzvüdür.
Peşəkar Kinorejissorlar Gildiyasının
üzvüdür.