ÖN
SÖZ
XVI
əsrin dahi şairi Füzulinin
—
Yandı
canım hicr ilə, vəsli-ruxi-yar
istərəm,
Dərd-məndi- firqətəm,
dərmani-didar istərəm —
misralarıyla
başlanan qəzəlini «Mahur-hindi»
muğamında oxuyan Məcnun yetmiş
beş ildən artıqdır ki,
böyük bəstəkar Üzeyir
Hacıbəyovun ölməz «Leyli
və Məcnun» operasının
ilk pərdəsini açır.
Musiqi
tarixində ilk muğam operası
olan, Yaxın və Orta Şərqdə
musiqi sənətinin yeni növünün
əsasını qoyan «Leyli və
Məcnun»un rolu və əhəmiyyəti,
yaranma tarixi və məzmunu, üslub
xüsusiyyətləri və musiqi
dili, ilk tamaşası və ifaçıları
haqda geniş məlumat birinci cildin
ön sözündə verilmişdir.
Burada isə «Leyli və Məcnun»
operasının yalnız klavirinin
nəşrinə aid izahat gətirilir.
Hazırkı
nəşr operanın klavirinin ikinci
nəşridir. İlk dəfə
klavir 1959-cu ildə Bakıda Azərbaycan
Dövlət Musiqi Nəşriyyatı
tərəfindən çap edilmişdir.
Akademik nəşr isə ilk dəfədir
ki, həyata keçirilir.
Klavirin
akademik nəşrini hazırlayarkən
cildin redaktoru operanın «direksionu»
əsasında yazılmış
ilk klavirin müəllif mətnini
əsas götürmüşdür.
Bu klavir ilə birinci cilddəki partitura
bir-birinə tamamilə uyğundur.
Lakin hazırkı klavir ilə 1959-cu
ilin klavirinin nəşri arasında
bəzi fərqlər vardır ki,
onların qeyd olunmasını vacib
bilirik. Akademik nəşrin partitura
və klavirində opera ilk illər
səhnədə getdiyi kimi 5 pərdə
və 6 şəkildən ibarətdir.
Klavirin
1959-cu il nəşrində isə
opera 4 pərdə və 6 şəkilli
verilmişdir. Onun birinci pərdəsi
«Şəbi-hicran» xoru ilə başlanır.
Akademik nəşrdə isə «Şəbi-hicran»
xoru əvvəlki tamaşalarda olduğu
kimi proloqda verilmişdir. Bu da tamamilə
təbiidir, çünki «Şəbi-hicran»
xoru operada epiqraf rolunu oynayaraq əsərin
ümumi tonallığını,
onun əhval-ruhiyyəsini müəyyənləşdirir.
Birinci pərdə isə Leyli və
Məcnunun məhəbbət səhnəsindən
başlanır.
Klavirin
1959-cu il nəşrində operada
ifa olunan muğamların adları
göstərilmiş və onların
mətnləri verilmişdir. Akademik
nəşr hazırlanarkən bu
muğamların adlarında bəzi
dəqiqləşdirmələr
edilmişdir. Məsələn, birinci
pərdədə Məcnunun «Paybənd
oldum...» sözləri ilə oxuduğu
muğam «Segah»ın «Mübərrigə»
şöbəsində ifa edilir.
həmin pərdədə Məcnunun
atası «Mənsuriyyə» şöbəsində
oxuyur. İkinci pərdədə
Leylinin anası «Derlər səni
eşqə mübtəlasan» sözləri
ilə «Şur»un «Hicaz» şöbəsini
ifa edir, Leyli isə ona «Simai-Şəms»də
cavab verir. «Mən məktəbə
rəyim ilə getmək* sözlərindən
başlayaraq Leyli «Sarənc» muğamını
oxuyur (1959-cu il klavirində bu muğam
qeyd edilməmişdir). Üçüncü
pərdədə Zeyd «Rast» muğamının
«Pəncgah» şöbəsini, Məcnun
isə «Şüştər»in «Tərkib»
şöbəsini ifa edir. Dördüncü
pərdədə Məcnunun atası
«Rast» muğamının «Pənckah»
şöbəsində, beşinçi
pərdədə Leyli «Xaric segah»
muğamında oxuyur. Altıncı
şəkildə isə Məcnun
Leylinin məzarı üstə «Şüştər»in
«Tərkib» şebəsini ifa edir.
Muğamların
mətnində buraxılmış
bəzi səhvlər Füzuli mətni
əsasında yoxlanıb düzəldilmişdir.
1959-cu
ilin klavirində dördüncü
pərdənin beşinci şəklində
Məcnunun «Leyli, ey bivəfa Leyli»
sözləriylə olan musiqi nömrəsi
Məcnunun ariyası kimi verilmişdir.
Bu nömrə operanın heç
bir partitura və klavirinin əlyazmasında
ariya adlanmır. Akademik nəşrdə
bu nömrə məzmununa uyğun
olaraq «Məcnunun şikayəti»
adı ilə verilmişdir.
1959-cu
ilin nəşrində klavirin bir
neçə musiqi nömrəsi iki
tonallıqda göstərilmişdir.
Bunlar: birinci pərdədən trio,
ikinci pərdədən qızların
xoru və həmin pərdədən
İbn-Səlamın elçilərinin
xorudur. Klavirin akademik nəşrində
isə bu nömrələr yalnız
bir, daha müvafiq tonallıqda saxlanılmışdır.
Akademik nəşrdə redaktor tərəfindən
edilən bir sıra dəyişikliklər
həm də klavirin fakturasına
aiddir. Bu dəyişikliklərdən
sonra klavirin fakturası yüngülləşmiş,
fortepianoda çalmaq üçün
daha çox uyğunlaşmışdır.
Hazırkı
klavirin sonunda Məcnunun atasının
— Əbül-Qeysin ariyası çap
edilmişdir. Bu ariya operanın tamaşalarının
heç birində ifa olunmamış,
operadan ayrı olaraq dəfələrlə
nəşr edilmişdir. Bu geniş
opera ariyası illər boyu SSRİ
xalq artisti Bülbülün ifasında
böyük müvəffəqiyyətlə
konsertlərdə səslənmişdir.
Ü.Hacıbəyov
30-cu illərdə operanın yeni
redaksiyasını hazırlamaq və
vaxtın tələblərinə
uyğun muğam hissələrini
klassik opera formaları ilə əvəz
etmək fikrinə düşdüyü
vaxt Məcnunun atasının ariyasını
da yazmışdır. Lakin sonralar
Ü.Hacıbəyov qəti qərara
gəlmişdi ki, «Leyli və Məcnun»
operası musiqi sənətimizin
ilki kimi məhz muğam operası
olaraq qalmalıdır.
«Leyli
və Məcnun» operasında yaranmış
ənənələrin davamını
və inkişafını biz bir
tərəfdən Ü.Hacıbəyovun
öz yaradıcılığında,
digər tərəfdən isə
Azərbaycan bəstəkarlarının
müxtəlif janrlarda yaratdıqları
əsərlərdə görürük.
Məhz
«Leyli və Məcnun» operasında
Üzeyir Hacıbəyov ilk dəfə
olaraq Şərqin və Qərbin
musiqi mədəniyyətinin ənənələrini
üzvü surətdə birləşdirə
bildi və bu iki musiqi sisteminin uyğunlaşması
məsələsini təcrübədə
həll etdi.
Üzeyir Hacıbəyovun «Leyli və
Məcnun» operasının partitura
və klavirinin akademik nəşri
musiqi mədəniyyəti xəzinəsinə
qiymətli hədiyyə olacaq və
böyük bəstəkarın
bu ölməz əsərini yeni
nəsillərə sevdirəcək.