|
|
Üzeyir
Hacıbəyov
Leyli və Məcnun |
|
BİRİNCİ
PƏRDƏ
«Mahur-Hindi»
çalınır.
|
MƏCNUN: |
Yandı
canım hicr ilə, vəsli-ruxi-yar
istərəm,
Dərd-məndi-firqətəm, dərmani-didar
istərəm.
Bülbüli-zarəm, deyil bihudə
əfqan etdiyim,
Qalmışam nalan qəfəs qeydində,
gülzar istərəm. |
|
|
|
LEYLİ: |
Eşq
daminə giriftar olalı zar olubam,
Nə bəladır ki,ona böylə
giriftar olubam,
Qüdrətim yox ki,qılam kimsəyə
şərhi-qəmi-dil,
Öylə kim arizeyi-hicrlə bimar olubam.
|
|
«Şikəsteyi-Fars»
çalınır. Məcnun Leyliyə
yaxınlaşır.
|
|
MƏCNUN: |
Gördüm
ol xurşidi-hüsnün ixtiyarım
qalmadı,
Sayə tək bir yerdə durmağə
qərarım qalmadı.
Rahi-eşq içrə mənə ancaq
fəna məqsud idi,
Şükr kim məqsudə yetdim, intizarım
qalmadı. |
|
LEYLİ: |
Yar hali-dilimi zar bilibdir, bilirəm,
Dili-zarımda nə kim var bilibdir, bilirəm,
Mən nə hacət ki qılam şərh
ona dərdi-dilimi,
Qamu dərdi-dilimi yar bilibdir, bilirəm. |
|
|
|
MƏCNUN: |
Paybənd oldum səri-zülfi-pərişanın
görüb,
Nitqdən düşdüm ləbi-ləli-dürəfşanın
görüb,
Oda yandı şəmvəş canım
baxıb rüsxarına,
Çərxə çəkdim dudi-dil
sərvi-xuramanın görüb. |
|
LEYLİ: |
Könlüm
açılır zülfi-pərişanını
görcək,
Nitqim tutulur qönçeyi-xəndanını
görcək.
Baxdıqca sənə qan saçılır
didələrimdən,
Bağrım dəlinir navəki-müjkanını
görcək. |
|
MƏCNUN: |
Bildim təriqi-eşq
xətərnakdır, vəli,
Mən dönməzəm bu yoldan ölüm
olsa qayəti.
Qəddin həlakiyəm, düşə
bilməm ayağına,
Bir dərdə düşmüşəm
ki, bulunmaz nihayəti.
|
|
LEYLİ: |
Ey hər
təkəllümüm xəti-səbzin
hekayəti!
Virdim həmişə məshəfi-rüxsarın
ayəti!
Bəs kim səni görəndə
gedər məndən ixtiyar,
Gəlməz bəyanə möhnəti-eşqin
şikayəti. |
|