Müqəddimə
Proloq-xor (Şəbi-Hicran)

I pərdə

1-ci şəkil

Mahur-hindi (Məcnun)
Mahur-hindi (Leyli )
Şikəsteyi-fars (Məcnun)
Şikəsteyi-fars (Leyli)
Leyli və Məcnunun dueti
Segah (Məcnun)
Segah (Leyli)
Segah, iraq (Məcnun)
Segah, iraq (Leyli)
Qızların və oğlanların xoru
Çargah (Məcnunun atası)
Çargah (Məcnun)
Müxalif (Məcnunun anası)
Müxalif (Məcnun)
Müxalif (Məcnunun atası)
Trio (Məcnunun atası, Məcnunun anası və Məcnun)

2-ci pərdə
2-ci şəkil

Qızların xoru
Simai-şəms (Leylinin anası)
Simai-şəms (Leylinin anası)

Simai-şəms (Leyli)
Hicaz (Leylinin anası)
Simai-şəms (Leyli)

Hicaz (Leylinin anası)

Sarənc (Leyli)

Şur (1-ci ərəb, 2-ci ərəb)
Xor (Vermə! Vermə!)

Şur (Məcnunun atası)

Şur (Leylinin atası)
Məcnunun elçilərinin xoru
Kürd-şahnaz (Məcnun)
Şur (Leylinin atası)
Zəmin-xara (Leyli)
İbn-Səlamın elçilərinin xoru
Qatar (Leyli)

III pərdə
3-cü şəkil

Giriş
Rast (Zeyd)
Qonaqların xoru və rəqs
Şüştər (Məcnun)
Leyli və İbn-Səlamın dueti
Şüştər (Məcnun)
Xor (Məcnun, Məcnun)

IV pərdə
4-cü şəkil
Giriş
Bayatı-şiraz
Baytı-kürd

Qızların xoru (xəyal)
Rast (Məcnunun atası)
Rast (Məcnun)
Xor (Söylə bir görək)
Əraq (Məcnun)
Nofəlin xor ilə səhnəsi
    1. Giriş
    2. Nofəlin oxuması
    3. Xor
Kabili (Məcnun)
Qasidlərin xoru
Döyüş səhnəsi

Kabili (Məcnun)
Barışıq səhnəsi

V-ci pərdə
5-ci şəkil
Arazbarı
Osmanlı
Leyli və İbn-Səlamın dueti
Məcnunun şikayəti
Segah (Leyli)
Segah (Məcnun)
Segah (Leyli)

6-cı şəkil
Giriş
Baytı-kürd (Məcnun)
Baytı-kürd (Zeyd)
Baytı-kürd (Məcnun)

Şüştər (Məcnun)

Son xor (Ey bikəsi...)
Məcnunun atasının ariyası

 

Üzeyir Hacıbəyov
Leyli və Məcnun

klavir
audio
video

BİRİNCİ PƏRDƏ

Məcnunun atası gəlir. «Çargah» çalınır.
audio
video
MƏCNUNUN ATASI: Ey bülbüli-bustani-bidad,
Hərgiz rəvişindən olmadım şad,
Hali-dilini mənə bəyan et,
Əsrari-nihanini əyan et!
Kim aldı əlindən ixtiyarın?
Kim eylədi tirə ruzigarın?
Nə seyrdəsən,sənə tələb nə?
Bu naleyi-zarına səbəb nə?
Dəryadə isə sənə düri-kam,
Sən söylə, mən eyləyim sərəncam.

audio
video
MƏCNUN: Ey piri-şikəstə halü-naşad,
Tanrıyçün əlimdən eyləmə dad.
Demə ki, nədir bu macaralər,
Səndən mənə yetdi bu bəlalər.
Mən bilməz idim qəmi-cəhani,
Təşvişi-zəminü asimani.
Bilməzlik ilə xoş idi halim,
Nə hüsn, nə eşq idi xəyalim.

Məcnunun anası gəlir.«Müxalif» çalınır.
audio
video
MƏCNUNUN ANASI: Ey rahəti-canü nuri-didə!
Fərzəndi-yeganeyi-guzidə!
Məhbub həm istəsən, kəm olmaz.
Biz kim səniniz, sənə qəm olmaz.
Vardır bu həşəmdə min qəbilə
Hər taifə içrə min cəmilə,
Bir-bir qılalım qamu sənə ərz,
Yetsin yerinə bizə olan fərz.
Bizdən bu nəsihəti qəbul et!
Hər ləhzə bizi yetər məlul et!

audio
video
MƏCNUN: Ey ruhi-rəvanım ata, ana!
Kami-dilü canım ata, ana!
Bildim bu işi özümə layiq,
Leyli sənəmə mən oldum aşiq,
Sonra olubam bu işdən agah,
Əmma nə deyim, nə söyləyim, ah!
Yoxdur bu işimdə ixtiyarım,
Zəbtimdə inani-iqtidarım!
Əql oldu zəifü eşq qalib,
Xatir nigəran, nigar cazib.
Mən yekcəhətəm təriqətimdə,
Təğyir işi yox cibillətimdə.

«Müxalif» çalınır.

audio
video
MƏCNUNUN ATASI: Can vermə qəmi-eşqə ki, eşq afəti-candır,
Eşq afəti-can olduğu məşhuri-cahandır.
Yaxşı görünür surəti məhvəşlərin,əmma
Yaxşı nəzər etdikdə, sərəncamı yamandır.
Eşq içrə əzab olduğun ondan bilirəm kim,
Hər kimsə ki, aşiqdir, işi ahü fəqandır.