Müqəddimə
Proloq-xor (Şəbi-Hicran)


I pərdə

1-ci şəkil

Mahur-hindi (Məcnun)
Mahur-hindi (Leyli )
Şikəsteyi-fars (Məcnun)
Şikəsteyi-fars (Leyli)
Leyli və Məcnunun dueti
Segah (Məcnun)
Segah (Leyli)
Segah, iraq (Məcnun)
Segah, iraq (Leyli)
Qızların və oğlanların xoru
Çargah (Məcnunun atası)
Çargah (Məcnun)
Müxalif (Məcnunun anası)
Müxalif (Məcnun)
Müxalif (Məcnunun atası)
Trio (Məcnunun atası, Məcnunun anası və Məcnun)

2-ci pərdə
2-ci şəkil

Qızların xoru
Simai-şəms (Leylinin anası)
Simai-şəms (Leylinin anası)

Simai-şəms (Leyli)
Hicaz (Leylinin anası)
Simai-şəms (Leyli)

Hicaz (Leylinin anası)

Sarənc (Leyli)

Şur (1-ci ərəb, 2-ci ərəb)
Xor (Vermə! Vermə!)

Şur (Məcnunun atası)

Şur (Leylinin atası)
Məcnunun elçilərinin xoru
Kürd-şahnaz (Məcnun)
Şur (Leylinin atası)
Zəmin-xara (Leyli)
İbn-Səlamın elçilərinin xoru
Qatar (Leyli)

III pərdə
3-cü şəkil

Giriş
Rast (Zeyd)
Qonaqların xoru və rəqs
Şüştər (Məcnun)
Leyli və İbn-Səlamın dueti
Şüştər (Məcnun)
Xor (Məcnun, Məcnun)

IV pərdə
4-cü şəkil
Giriş
Bayatı-şiraz
Baytı-kürd

Qızların xoru (xəyal)
Rast (Məcnunun atası)
Rast (Məcnun)
Xor (Söylə bir görək)
Əraq (Məcnun)
Nofəlin xor ilə səhnəsi
    1. Giriş
    2. Nofəlin oxuması
    3. Xor
Kabili (Məcnun)
Qasidlərin xoru
Döyüş səhnəsi

Kabili (Məcnun)
Barışıq səhnəsi

V-ci pərdə
5-ci şəkil
Arazbarı
Osmanlı
Leyli və İbn-Səlamın dueti
Məcnunun şikayəti
Segah (Leyli)
Segah (Məcnun)
Segah (Leyli)

6-cı şəkil
Giriş
Baytı-kürd (Məcnun)
Baytı-kürd (Zeyd)
Baytı-kürd (Məcnun)

Şüştər (Məcnun)

Son xor (Ey bikəsi...)
Məcnunun atasının ariyası

 

Üzeyir Hacıbəyov
Leyli və Məcnun

klavir
audio
video

İKİNCİ PƏRDƏ

MƏCNUNUN atası və MƏCNUN elçilərlə səhnəyə daxil olurlar. LEYLİNİN atası onları oturmağa dəvət edir.
«Şur» çalınır.
audio
video
MƏCNUNUN ATASI Ey qədrlə qibleyi-qəbail!
Səndən hamının muradı hasil,
Əslü nəsəbim sənə əyandır,
Hökmüm neçə min evə rəvandır.
Məşhuri-qəbailəm saxədə,
Mərufi-tövaifəm ətadə.
Nəxli-əməlim səmər veribdir,
İyzəd mənə bir gühər veribdir.
Hala dilərəm bu türfə lölu,
Bir ləlin eşitmişəm sənin var,
Kim, lölöümə odur səzavar.
Lütf eylə, inayətü kərəm qıl!
Ol ləl ilə dürrü möhtərəm qıl!
audio
video
LEYLİNİN ATASI: Ey qovm içində bir xirədmənd!
Mən kimi əsiri-dami-fərzənd!
Müşkülcə xitabdır xitabın,
Bilmən necə verəyim cəvabın?
Qürbün bilirəm mənə şərəfdir,
Əmma xələfin əcəb, xələfdir.
«Məcnun»–deyə tən edər xəlayiq,
Məcnuna mənim qızım nə layiq?
 «Kürd-Şəhnaz» çalınır.
audio
video
MƏCNUN: Yarəb, bəlayi-eşq ilə qıl aşina məni
Bir dəm bəlayi-eşqdən etmə cüda məni!
Az eyləmə inayətiniəhli-dərddən,
Yəni ki, çox bəlalərə qıl mübtəla məni!
Olduqca mən götürmə bəladan iradətim!
Mən istərəm bəlanı, çün istər bəla məni.
MƏCNUN və elçilər gedirlər. «Şur» çalınır.
audio
video
LEYLİNİN ATASI: Nəslilə olur bəqayi-insan,
Nəzmi bəşərü nizami-dövran.
Can cövhərinə bədəldir övlad,
Övlad qoyan qoyar həmin ad.
Xoş ol ki, xələfdən ola xoşdil,
Dünyadə bir oğlu ola qabil.
Ah, olsa əgər səfihü-sərkəş.
Ətvari-kərihü, xülqü-naxoş.
Təşni oxuna olub nişanə,
Bizar ola ondan atə, anə.
LEYLİNİN atası gedir. LEYLİ gəlir. «Zəmin-Xara» çalınır.
audio
video
LEYLİ: Fələk ayırdı məni cövr ilə cananımdan.
Həzər etməzmi əcəb naləvü əfqanımdan.
Qəmi-pünhan məni öldürdü, bu həm bir qəm kim, Gülrüxum olmadı agah qəmi-pünhanımdan.
«Qatar» çalınır.
audio
video
LEYLİ: Xilafi-rəyim ilə, ey fələk, mədar etdin!
Məni gül istər ikən mübtələyi-xar etdin!