Müqəddimə
Proloq-xor (Şəbi-Hicran)

I pərdə

1-ci şəkil

Mahur-hindi (Məcnun)
Mahur-hindi (Leyli )
Şikəsteyi-fars (Məcnun)
Şikəsteyi-fars (Leyli)
Leyli və Məcnunun dueti
Segah (Məcnun)
Segah (Leyli)
Segah, iraq (Məcnun)
Segah, iraq (Leyli)
Qızların və oğlanların xoru
Çargah (Məcnunun atası)
Çargah (Məcnun)
Müxalif (Məcnunun anası)
Müxalif (Məcnun)
Müxalif (Məcnunun atası)
Trio (Məcnunun atası, Məcnunun anası və Məcnun)

2-ci pərdə
2-ci şəkil

Qızların xoru
Simai-şəms (Leylinin anası)
Simai-şəms (Leylinin anası)

Simai-şəms (Leyli)
Hicaz (Leylinin anası)
Simai-şəms (Leyli)

Hicaz (Leylinin anası)

Sarənc (Leyli)

Şur (1-ci ərəb, 2-ci ərəb)
Xor (Vermə! Vermə!)

Şur (Məcnunun atası)

Şur (Leylinin atası)
Məcnunun elçilərinin xoru
Kürd-şahnaz (Məcnun)
Şur (Leylinin atası)
Zəmin-xara (Leyli)
İbn-Səlamın elçilərinin xoru
Qatar (Leyli)

III pərdə
3-cü şəkil

Giriş
Rast (Zeyd)
Qonaqların xoru və rəqs
Şüştər (Məcnun)
Leyli və İbn-Səlamın dueti
Şüştər (Məcnun)
Xor (Məcnun, Məcnun)

IV pərdə
4-cü şəkil
Giriş
Bayatı-şiraz
Baytı-kürd

Qızların xoru (xəyal)
Rast (Məcnunun atası)
Rast (Məcnun)
Xor (Söylə bir görək)
Əraq (Məcnun)
Nofəlin xor ilə səhnəsi
    1. Giriş
    2. Nofəlin oxuması
    3. Xor
Kabili (Məcnun)
Qasidlərin xoru
Döyüş səhnəsi

Kabili (Məcnun)
Barışıq səhnəsi

V-ci pərdə
5-ci şəkil
Arazbarı
Osmanlı
Leyli və İbn-Səlamın dueti
Məcnunun şikayəti
Segah (Leyli)
Segah (Məcnun)
Segah (Leyli)

6-cı şəkil
Giriş
Baytı-kürd (Məcnun)
Baytı-kürd (Zeyd)
Baytı-kürd (Məcnun)

Şüştər (Məcnun)

Son xor (Ey bikəsi...)
Məcnunun atasının ariyası

 

Üzeyir Hacıbəyov
Leyli və Məcnun

klavir
audio
video

İKİNCİ PƏRDƏ

«Simai-Şəms» çalınır.

audio
video

LEYLİNİN ANASI: Oldum bu xəbərlə mən pərişan,
Rüsvayçılığa dözərmi insan?
Övlad bu imiş, nolaydı, ey kaş,
Leyli yerinə olaydı bir daş.
Xoş ol ki, qızı həmişə gizlər,
Xud gizli gərək həmişə qızlar.

«Simai-şəms» çalınır.
audio
video
LEYLİNİN ANASI: Ey şux, nədir bu göftgülər?
Qılmaq sənə tənə eybculər?
Nəyçün özünə ziyan edirsən?
Yaxşı adını yaman edirsən?
audio
video
LEYLİ: Ey munisi-ruzigarım ana!
Dürci-düri-şahvarım ana!
Sözlər dersən ki, bilməzəm mən,
Məzmununu fəhm qılmazam mən.

«Hicaz» çalınır.
audio
video
LEYLİNİN ANASI: Derlər səni eşqə mübtəlasan,
Biganələr ilə aşinasən.
Sən hardanu eşqü şövq hardan?
Sən hardanu dustü zövq hardan?
Oğlan əcəb olmaz olsa aşiq,
Aşiqlik işi qıza nə layiq!?

«Simai-şəms» çalınır.
audio
video
LEYLİ: Dersən məşuqü eşqü aşiq,
Mən sadəzəmir tifli-sadiq;
Bilməm nədir ol hədisə məzmun?
Söylə necə olmayım digərgun?

«Hicaz» çalınır.
audio
video
LEYLİNİN ANASI: Neylərsən əgər atan eşitsə?
Qəhr ilə sənə siyasət etsə?
Minbəd gəl eylə tərki-məktəb,
Bil əbcədini həmin cədü əb.
Təmkini cünunə qılma təbdil!
Qızsan, ucuz olma, qədrini bil!

«Sarənc» çalınır.
audio
video
LEYLİ: Mən məktəbə rəyim ilə getmən,
Bir şüğli xilafi-rəyin etmən.
Billah, mənə həm bu idi məqsud,
Məktəbdə olurmu tifl xoşnud?
Artıq bu sözü mükərrər etmə,
Lütf eylə, məni mükəddər etmə!
LEYL İ və anası gedirlər. LEYLİNİN atası bir neçə ərəblə səhnəyə daxil olur. «Şur» çalınır.
audio
video
1 - CI ƏRƏB: İndi gələcək bura Əbül-Qeys,
Minnət edəcək sənə Əbül-Qeys.
Tən etmədədir ona xəlayiq,
Məcnuna sənin qızın nə layiq.
2 - CI ƏRƏB: Aldanma onun şirin dilinə,
Leylini cünunə vermə, vermə!