|
|
Üzeyir
Hacıbəyov
Leyli və Məcnun |
|
|
|
|
İBN-SƏLAM: |
Pərişan halın oldum, sormadın
halipərişanım,
Ğəmindən dərdə düşdüm,
qılmadın tədbiri-dərmanım,
Nə dersən, ruzigarım böyləmi
keçsin, gözəl xanım!
Gözüm, canım, əfəndim,
sevdigim, dövlətli sultanım!
Əsiri-dami-eşqin olalı səndən
vəfa görmən,
Səni hər qanda görsəm, əhli-dərdə
aşina görmən.
Vəfavü aşinalıq rəsmini
səndən rəva görmən,
Gözüm, canım, əfəndim,
sevdigim, dövlətli sultanım!
|
|
|
LEYLİ: |
Gəl, ey Məcnun, Leyliyəm
al canımı,
Vəfasız olmuşam, billah, tök
qanımı. |
Məcnun
Leylini görcək geri çəkilib
oxuyur.«Xaric
Segah» çalınır. |
|
MƏCNUN: |
Sən
Leyli deyilsən, ey pərizad,
Qaç, qəlbimi xunilə etmə bərbad!
Aldatma məni cünun deyib, qaç,
Qaç, eyləmə gül üzünlə
Leylini yad. |
Məcnun
səhnədən çıxır.
Leyli tək oxuyur. |
|
LEYLİ: |
Xoşdur
nə qədər eyləsə yarım
cəfa mənə,
Ta ki, rəqib söyləməsin bifəva
mənə.
Sənsiz diyari-hicrdə sərgəştə
qalmışam,
Vəslin ümidi billəm olur rəhnumə
mənə.
Qəm bəstərində qoyma məni
zarü natəvan,
Ver şərbəti-vüsalidən
ey məh, şəfa mənə! |
Leyli
ölür. |
|
|
MƏCNUN:
|
Sındırdı
çərx zülm ilə balu pərim,
haray!
Döndərdi tez xəzanə fələk
güllərim, haray!
Ey ruzigar, neyləmişəm, bilmirəm
sənə
Ümmanə döndü qanilə çeşmi-tərim,
haray! |
|
ZEYD:
|
Ey şiyfteyi-şikəstətale!
Əfsus ki, səyin oldu zaye!
Leyli sənə verdi zindəgani,
Sən ol baqi, o oldu fani!
Sən sədqəsi olduğun pərivəş,
Sədqə sənə oldu, ey bəlakeş!
Əzmi-ruhi-cənnət etdi ol hur,
Firdovs məqamın etdi məmur.
|
|
MƏCNUN:
|
Netdim
sənə, qəsdi-canım etdin!
Qəsdi-dili-natəvanım etdin!
Qıydın məni-zarü natəvanə,
Vurdun sitəm atəşini canə!
Əylət məni yar olan diyarə,
Şəm eylə məni məzari-yarə!
|
Leylinin
məzarı üstə. «Şüştər»
çalınır.
|
|
MƏCNUN:
|
Aşiq
odur kim, qılır canın fəda
cananına,
Meyli-canan etməsin hər kim ki, qıymaz
canına.
Canını cananə verməkdir kəmalı
aşiqin,
Verməyən can, etiraf etmək gərək
nöqsanına.
|
Canını
təslim edir.
Ərəblər səhnəyə
daxil olub oxuyurlar. |
|