Müqəddimə
Proloq-xor (Şəbi-Hicran)

I pərdə

1-ci şəkil

Mahur-hindi (Məcnun)
Mahur-hindi (Leyli )
Şikəsteyi-fars (Məcnun)
Şikəsteyi-fars (Leyli)
Leyli və Məcnunun dueti
Segah (Məcnun)
Segah (Leyli)
Segah, iraq (Məcnun)
Segah, iraq (Leyli)
Qızların və oğlanların xoru
Çargah (Məcnunun atası)
Çargah (Məcnun)
Müxalif (Məcnunun anası)
Müxalif (Məcnun)
Müxalif (Məcnunun atası)
Trio (Məcnunun atası, Məcnunun anası və Məcnun)

2-ci pərdə
2-ci şəkil

Qızların xoru
Simai-şəms (Leylinin anası)
Simai-şəms (Leylinin anası)

Simai-şəms (Leyli)
Hicaz (Leylinin anası)
Simai-şəms (Leyli)

Hicaz (Leylinin anası)

Sarənc (Leyli)

Şur (1-ci ərəb, 2-ci ərəb)
Xor (Vermə! Vermə!)

Şur (Məcnunun atası)

Şur (Leylinin atası)
Məcnunun elçilərinin xoru
Kürd-şahnaz (Məcnun)
Şur (Leylinin atası)
Zəmin-xara (Leyli)
İbn-Səlamın elçilərinin xoru
Qatar (Leyli)

III pərdə
3-cü şəkil

Giriş
Rast (Zeyd)
Qonaqların xoru və rəqs
Şüştər (Məcnun)
Leyli və İbn-Səlamın dueti
Şüştər (Məcnun)
Xor (Məcnun, Məcnun)

IV pərdə
4-cü şəkil
Giriş
Bayatı-şiraz
Baytı-kürd

Qızların xoru (xəyal)
Rast (Məcnunun atası)
Rast (Məcnun)
Xor (Söylə bir görək)
Əraq (Məcnun)
Nofəlin xor ilə səhnəsi
    1. Giriş
    2. Nofəlin oxuması
    3. Xor
Kabili (Məcnun)
Qasidlərin xoru
Döyüş səhnəsi

Kabili (Məcnun)
Barışıq səhnəsi

V-ci pərdə
5-ci şəkil
Arazbarı
Osmanlı
Leyli və İbn-Səlamın dueti
Məcnunun şikayəti
Segah (Leyli)
Segah (Məcnun)
Segah (Leyli)

6-cı şəkil
Giriş
Baytı-kürd (Məcnun)
Baytı-kürd (Zeyd)
Baytı-kürd (Məcnun)

Şüştər (Məcnun)

Son xor (Ey bikəsi...)
Məcnunun atasının ariyası

 

Üzeyir Hacıbəyov
Leyli və Məcnun

klavir
audio
video

DÖRDÜNCÜ PƏRDƏ

«Bayatı-Şiraz» çalınır. Məcnun başı açıq, ayağı yalın səhnədə görünür.
audio
video
MƏCNUN:

Fəzayi-eşqi çün gördüm, səlahi-əqldən durəm,
Məni risva görüb, eyb etmə, ey naseh ki, məzurəm!
Əgər çaki-giriban eyləsəm, mən eyləmən, çün mən

Mətai-nəngdən ari, libasi-ardan urəm.
Mənü səhrayi-vəhşət, mənzil etmən afiyət güncün,
Əsiri-dami-zülmət olmazam, çün talibi-nurəm.

«Bayatı-Kürd» çalınır. Məcnun dağa üz tutub oxuyur.
audio
video
  Ey güşənişini-pakdamən!
Suzi-cigərimdən oldun agah.
Əhsənt-əhsənt, barəkəllah!
Səndən mənə həmdəmi-müvafiq,
Dağ ilə olur həmişə aşiq.
Gəl, ağlayalım bu macərayə,
Bir dəm qoşalım səda-sədayə!
«Rast» çalınır. Məcnunun atası gəlir. Məcnunu axtarıb tapır.
audio
video
MƏCNUNUN ATASI : Ey cövhəri-canımın həvası,
Ey dideyi-bəxtimin ziyası!
Səndən nə rəva bu macəralər,
Sərmayeyi-eyb olan sədalər?
Derdim olasan mənim pənahim!
Fəxrim, şərəfim, ümidgahim.
Vəhşilər ilə nədir bu birlik?
İnsan ilə xoş deyilmi dirlik?
Rəhm et məni zarü namuradə,
Qoyma bu məşəqqətü bəladə!
«Rast» çalınır.
audio
video
MƏCNUN: – Söylə görüm, ey mənə verən pənd,
Kimsən və nədir bu köftigulər?
Bifaidə batil arizulər?
Get, dərdimə sən dəva deyilsən!
Biganəsən, aşina deyilsən!
Mən böylə kəlamə tutmazam guş,
Leyli sözü söylə, yoxsa xamuş!
«Əraq» çalınır.
audio
video
MƏCNUN: Eşq dərdi, ey müalic, qabili-dərman deyil,
Cövhərindən eyləmək cismi cüda, asan deyil.
Dövr-cövrindən şikayət edənə aşiq demən,
Eşq məsti vaqifi-keyfiyyəti-dövran deyil.
Canı, canan ittihadı-fariq eylər cismdən,
Cismdən agah olan can, vasili-canan deyil.
Nofəl kağız yazıb göndərir. «Kabili» çalınır.
audio
video
MƏCNUN: Şükr eylərəm, ey yeganeyi-əhd!
Tədbirimə çoxlar etdilər cəhd.
Səndə bilirəm ki, lütf çoxdur,
Nə sud ki, məndə bəxt yoxdur.
Bəxtim, bilirəm mənim, yamandır,
Sud istədiyim mənə ziyandır.
«Kabili» çalınır.
audio
video
MƏCNUN: Ey Nofəl, mən fədayi-yarəm,
Vəslinə, onun ümidvarəm,
Xoşdur ki, bulam vüsalə fürsət,
Yarım tərəfində ola nüsrət,
Gör qətlimə dust çəksə şəmşir,
Yox məndə rizadan özgə tədbir.
Xoşnud deyilmiyəm bu halə,
Ki, canı verəm, yetəm vüsalə.

Bu zaman LEYLİNİN atası ilə İBN-SƏLAM qılınclarını NOFƏLİN ayağına tullayır. LEYLİNİN atası NOFƏLƏ müraciətlə oxuyur.